Sunday, December 19, 2010

قيزيلباشلار، اهل-ي حاقلار، عله‌ويله‌ر، جعفه‌ريله‌ر، ايماميله‌ر، شيعه‌له‌ر

مئهران باهارلي

http://qirxlar.blogspot.com/

عله‌ويليك ١٢ ايماملي شيعه‌لييين هئتئرودوكس يورومودور. ١٢ ايماملي شيعه‌لييين اورتودوكس يورومو ايسه ايمامي شيعه‌ليك (فارسلار و عره‌بله‌ر آراسيندا) و جعفه‌ري شيعه‌ليك (توركله‌ر آراسيندا)دير. عله‌ويليكله شيعه‌لييين باشليجا فرقي، عله‌ويلييين ايسلام شريعه‌تيني ردد ائتمه‌سيدير. عله‌ويله‌ره تاريخده غولات-ي شيعه (غلات شيعه) ده دئييلميشدير. تورك جعفه‌ريلييين فارس-عره‌ب ايماميليكده‌ن فرقي ايسه، جعفه‌ريلييين دين دئوله‌تي و ويلايه‌ت-ي فقيهˊه (ولايت فقيه) اينانماماسيدير.

دولاييسي ايله ١٢ ايماملي شيعه‌ليك ايكي قوروپدان اولوشور:

١-هئتئرودوكس قوروپ: عله‌ويليك
٢-اورتودوكس قوروپ: بو قوروپ اؤزو ايكي ايماميليك (فارس، عره‌ب) و جعفه‌ريليك (تورك) قوروپلارينا آيريلير.

عله‌ويليك و يا عله‌وي مذهه‌بي ايسه، اوچ چئشيت و يا قوروپا آيريلير:

١-تورك عله‌ويلييي: بونلار قيزيلباش، بكتاشي و بير نئچه آيري قوروپلاردير.
٢-ايراني (كورد) عله‌ويلييي: بونلار اهل-ه حاقˊلاردير. (اهل حق)
٣-عره‌ب عله‌ويلييي: بونلار نوصه‌يريله‌ردير (نصيري)

دولاييسي ايله هم عله‌ويلييين و هم شيعه‌لييين بيره‌ر توركي، ايراني و عره‌ب وئرسييونلاري واردير:

الف-عله‌ويلييين وئرسييونلاري:

١-قيزيلباشليق-بكتاشيليك، عله‌ويلييين (و يا هئتئرودوكس ١٢ ايماملي شيعه‌لييين) تورك وئرسييونودور.
٢-اهل-ي حاق، عله‌ويلييين (و يا هئتئرودوكس ١٢ ايماملي شيعه‌لييين) كورد (ايراني) وئرسييونودور.
٣-نوصه‌يريليك، عله‌ويلييين (و يا هئتئرودوكس ١٢ ايماملي شيعه‌لييين) عره‌ب وئرسييونودور.

ب-شيعه‌لييين وئرسييونلاري:

١-ايماميليك، (اورتودوكس ١٢ ايماملي) شيعه‌لييين فارس-عره‌ب وئرسييونودور.
٢-جعفه‌رليليك، (اورتودوكس ١٢ ايماملي) شيعه‌لييين تورك وئرسييونودور.

تورك عله‌ويليك و يا قيزيلباشليق؛ توركييه، ايران، عراق و آزه‌ربايجان جومهورييه‌تينده ياشايان توركله‌ر آراسيندا يايقيندير؛ آنجاق ان قالاباليق و هؤرگوتلو تورك عله‌وي توپلولوقلاري توركييهˊده ياشايير. ايراندا تورك عله‌ويله‌ر (قيزيلباشلار) سورعه‌تله اهل-ي حاقلاشاراق كوردله‌شمه‌كده‌ديرله‌ر. عراقداكي تورك عله‌ويله‌ر ايسه (ايمامي) شيعه‌له‌شير.

تورك جعفه‌ريليك؛ توركييه، آزه‌ربايجان جومهورييه‌تي، عراق و ايران توركله‌ري آراسيندا يايقيندير. ايران، توركييه، عراق و آزه‌ربايجان جومهورييه‌تينده ياشايان تورك جعفه‌ريله‌ر، سورعه‌تله ايماميله‌شير؛ بو دا ايراندا اونلارين فارسلاشماسينا نده‌ن اولور.

داها آيرينتيلي بيلگي اوچون آشاغيداكي وئبلاقا باخابيله‌رسينيز:

قيرخلار

http://qirxlar.blogspot.com/

Qızılbaşlar, Əhli Haqlar, Ələvilər, Cəfərilər, İmamilər, Şiələr

Mehran Baharlı

http://qirxlar.blogspot.com/

Ələvilik, 12 İmamlı Şiəliyin heterodoks yorumudur. 12 İmamlı Şiəliyin ortodoks yorumu isə İmami Şiəlik (Farslar və Ərəblər arasında) və Cəfəri Şiəlik (Türklər arasında)dır. Ələviliklə Şiəliyin basilica fərqi, Ələviliyin İslam Şəriətini rədd etməsidir. Ələvilərə tarixdə Qulati Şiə də deyilmişdir. Türk Cəfərliyin Fars Ərəb İmamilikdən fərqi isə, Cəfəriliyin din devləti və vilayəti fəqihə inanmamasıdır.

Dolayısı ilə 12 İmamlı Şiəlik iki qurupdan oluşur:

1- Heterodoks qurup: Ələvilik
2- Ortodoks qurup: bu qurup özü iki İmamilik (Fars, Ərəb) və Cəfərilik (Türk) qurupa ayrılır.

Ələvilik vəya Ələvi məzhəbi isə, üç çeşit vəya qurupa ayrılır:

1- Türk Ələviliyi: bunlar Qızılbaş, Bəktaşi və bir neçə ayrı quruplardır.
2- İrani (Kürd) Ələviliyi: bunlar Əhli Haqlardır.
3- Ərəb Ələviliyi: bunlar Nüsəyrilərdir.

Dolayısı ilə həm Ələviliyin və həm Şiəliyin birər Türki, İrani və Ərəb versiyonları vardır:

A) Ələviliyin versiyonları:

1- Qızılbaşlıq Bəktaşilik, Ələviliyin (vəya heterodoks 12 İmamlı Şiəliyin) Türk versiyonudur.
2- Əhli Haq, Ələviliyin (vəya heterodoks 12 İmamlı Şiəliyin) Kürd (İrani) versiyonudur.
3- Nüsəyrilik, Ələviliyin (vəya heterodoks 12 İmamlı Şiəliyin) Ərəb versiyonudur.

B) Şiəliyin versiyonları:

1- İmamilik, (ortodoks 12 İmamlı) Şiəliyin Fars Ərəb versiyonudur.
2- Cəfərilik, (ortodoks 12 İmamlı) Şiəliyin Türk versiyonudur.

Türk Ələvilik vəya Qızılbaşlıq, Türkiyə, İran, Iraq və Azərbaycan Cumhuriyətlərində yaşayan Türklər arasında yayqındır. Ancaq ən qalabalıq və hörgütlü Türk Ələviləri Türkiyədə yaşayır. İranda Türk Ələvilər (Qızılbaşlar) sürətlə Əhli Haqlaşaraq Kürdləşməkdədirlər. Iraqdakı Türk Ələvilər isə (İmami) Şiələşir.


Türk Cəfərilik, Türkiyə, Azərbaycan Cumhuriyəti, Iraq və İran Türkləri arasında yayqındır. İran, Türkiyə, Iraq və Azərbaycan Cumhuriyətində yaşayan Türk Cəfərilər, sürətlə İmamiləşir. Bu da İranda onların Farslaşmasına nədən olur.

Daha ayrıntılı bilgi üçün aşağıdakı veblaqa baxabilərsiniz:

Qırxlar
http://qirxlar.blogspot.com/

0 Comments:

Post a Comment

<< Home