Fars rejimi soydaşımız Mehdi Qasımzadəni inamına görə edam etdi
Fars rejimi soydaşımız Mehdi Qasımzadəni inamına görə edam etdi
Aldığımız məlumata görə, bu gün sübh çağı İranın adamyeyən rejimi Urmu şəhər zindanında Mehdi Qasımzadəni "allaha qarşı müharibə aparmaq" ittihamı ilə edam etdi. Mehdi Qasımzadə və 3 digər şəxs, təqribən 4 il bundan qabaq Üçtəpə kəndində tutulmuşdurlar. M.Qasımzadə 4 il həbsdən sonra, bu gün Urmu şəhər zindanında edam olunmuşdu. O, tutulan zaman məmurların ona açdığı atəş nəticəsində qıçına güllə dəymişdi. Həbsə alınandan sonra, işgəncəyə məruz qalıb və qıçının ciddi müalicəsini təşkil etmədikləri üçün iflic olmuşdu. Bu səbəbə görə, ayağında olan yaradan zindan dövründə çox əziyyət çəkmişdi. Əlbəttə, onunla tutulan 3 digər fərd, yəni, Səhəndəli Mühəmmədi, Bəxşəli Mühəmmədi və İbadullah Qasımzadə də edama məhkum olunmuşdurlar. Amma onların edam hökmü ləğv olunub, əvəzində 13 il həbs verilib.
Məlumat üçün qeyd edək ki, Üçtəpə kəndi Qoşaçay şəhərinin şimalında və Cığatı çayının qırağında yerləşir. Bu kənddə təqribən iki min ailə yaşayır. Burada yaşayanların məsləki həqq əhlidir. Onlar Cənubi Azərbaycanda "goran" adlanırlar. Goranların dəqiq sayı haqda məlumat yoxdur. Belə deyirlər ki, onların sayı bir neçə yüz min nəfərə yetişib və əksəriyyəti Cənubi Azərbaycanda məskundurlar. Goranların Həzrəti Əliyə, yəni şiələrin birinci imamına çox böyük sayqıları var. Dörd il bundan qabaq Üçtəpə kəndində baş verən hadisənin kökünü dini və irqi ayrı - seçkilikdə axtarmaq lazımdır. Çünki İran məmurları tərəfindən Üçtəpə kəndində goranların Cüməxanaları ( ibadətgahları ) bağlanmışdı. Bundan da qabaq, İrandakı yeddinci məclisin seçkilərində goranların namizədi Sultanəli Mühəmmədinin səlahiyyəti ləğv olunmuşdu. O, da öz yerində bəzi bildirişlər yayıb və İran hökümətin goranlara qarşı irqi və dini ayrı - seçkilik siyasəti aparmaqda məhkum etmişdir. Amma Üçtəpə kəndində hadisənin əsas səbəbi bundan ibarətdir ki, goranlar kəndin mərkəzinə yığışıb, Cüməxananın bağlanmasına qarşı etiraz aksiyası keçirib, türk və fars dillərində parçalara şüar yazıb və İran hökümətindən istəmişdirlər ki, goranlara qarşı dini və mədəni zülmə son qoyalar. Çox təəssüflə, İran rejimi bu cür mədəni davranışa reaksiya göstərib, vəhşicəsinə yüzlərlə müsəlləh qüvvəni kəndə göndərib, oranı mühasirəyə salmışdı. Və naməlum səbəblərə görə, İran məmurları ağır silahlarla kənd sakinlərinə və binalara həmlə edib, oranı xaraba qoyurlar. İran rejiminin verdiyi məlumata görə, hadisə zamanı 4 nəfər öldürülüb və 12 nəfər yaralanıb. Ölənlərin ikisi İranın dövlət məmurları olmuşdur. Əlbəttə, milli fəalların verdiyi məlumata görə, İran rejimi uzun zaman həmin kəndi mühasirədə saxlayıb və bu hadisə ilə bağlı dəqiq məlumat əldə etməyə imkan verməyiblər. Belə deyilir ki, bu hadisədə kənd sakinlərindən ölənlərin və yaralananların sayı qat - qat artıqdır. Elə bu hadisə zamanı Mehdi Qasımzadə ayağından güllə alıb, həbs olunub.
28.02.09
0 Comments:
Post a Comment
<< Home