Wednesday, October 08, 2008

İki nəfər ələvi barəsində isə edam hökmü qüvvədə saxlanılıb


Urmiya İnqilab Məhkəməsi üç güneylini sürgünə göndərib
İki nəfər ələvi barəsində isə edam hökmü qüvvədə saxlanılıb

Turqut

Urmiya Mərkəzi Həbsxanasında saxlanılan və 22 gündür aclıq aksiyası keçirən Əhli-həqq (Əlallahı, Ələvi) təriqətindən olan 5 güneyli məhbusa hökm oxunub. Urmiya İnqilab Məhkəməsi məhbuslardan Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadəni 13 il müddətinə ölkənin mərkəzi hissəsində yerləşən Yəzd həbsxanasına sürgünə göndərilməsi barədə qərar çıxarıb. Digər iki əlallahı məhbusa - Mehdi Qasımzadə və Yunis Ağayana qarşı isə bundan əvvəl çıxarılmış hökm (edam cəzası) qüvvədə saxlanılıb. Bu məhbusların hamısı Güney Azərbaycanın qərb əyalətinin Qoşaçay (indiki Miyandab) şəhərinin Üçtəpə kəndindəndir. Onlar 4 il əvvəl Qoşaçayda hökumətlə Əhli-həqq tərəfdarları arasında baş verən silahlı
qarşıdurmada həbs ediliblər. Məhkəmə əvvəlcə onların hamısına qarşı edam hökmü çıxarmışdı. Məhbuslar bu ilin aprel ayında da həbsxanada məruz qaldıqları mənəvi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq aclıq aksiyası keçiriblər.

0 Comments:

Post a Comment

<< Home