پير سولطان آبدال́ دان: بيز ايچه ريك، پئيمان سونان على́دير
Pir Sultan Abdal'dan: Biz içərik, peyman sunan Əli'dir
(تورك خالق قهرمانى، اصلى خوى شهريندندير)
(Türk xalq qəhrəmanı, əsli Xoy şəhərindəndir)
گده يئزيد، بيزه قيزيلباش دئميشGədə Yezid bizə Qızılbaş demiş,
مگر شاه́ى سئوميش دئسه، يئرىدير·Məyər Şah'ı sevmiş desə yeridir.
يئتميش ايكى ميللت سئومه زلر شاه́ىYetmiş iki millət sevməzlər Şah'ı,
بيز سئوه ريك، شاه-ى مردان على́دير·Biz sevərik Şah-i mərdan Əli'dir.
قيرخيميز دا بير قاتارا دوزولدوكQırxımız da bir qatara düzüldük,
حاق محممد اوممتينه يازيلديق،Haq Məhəmməd ümmətinə yazıldıq.
حقيقت شربتى اولدوق، ازيلديكHəqiqət şərbəti olduq əzildik
بيز ايچه ريك، پئيمان سونان على́دير·Biz içərik peyman sunan Əli'dir.
گده يئزيد! بيزلر حرام يئمه ديك،Gədə Yezid bizlər haram yemədik,
باطينداكى گؤردويوموز دئمه ديك،Batındakı gördüyümüz demədik,
ايقرار بيردير دئديك، گئرى دؤنمه ديك،İqrar birdir dedik, geri dönmədik
يئددىلريك، بيرينجىميز على́دير·Yeddilərik, birincimiz Əli'dir.
پيرسولطان́ام، نسيمى́دير پيريميز،Pir Sultan'am Nəsimi'dir pirimiz,
اوول قوربان ائتديك شاه́ا سريميز،Əvvəl qurban etdik Şah'a sərimiz
اونكى ايمام مئيدانيندا داريميز،On(i)ki İmam meydanında darımız,
بيز شهيديك، سرداريميز على́دير·Biz şəhidik, sərdarımız Əli'dir.
پير سولطان آبدال́دان: بيزيم ايچديييميز دولو
Pir Sultan Abdal'dan: Bizim içdiyimiz dolu
بيزيم ايچديييميز دولوBizim içdiyimiz dolu,
دولولارين دولوسودور،Doluların dolusudur.
عوممانلارا داليب چيخانUmmanlara dalıp çıxan,
اره نلرين گمىسىدير·ƏrƏnlƏrin gəmisidir.
هئچ عوممانا دالمادين مى؟Heç ummana dalmadınmı?
داليب گؤوهر بولمادين مى؟Dalıp gövhər bulmadınmı?
طاليب يولا گلمه دين مى؟Talib yola gəlmədinmi?
يئنه كؤنول دولوسودور·Yenə könül dolusudur?
كيمدير بونو بئله دييه ن؟Kimdir bunu belə diyən
اره نلردن اؤيود آلان؟Ərənlərdən öyüd alan
ياشيل علم چكيب گله ن؟Yaşıl ələm çəkib gələn
پيريم على كندىسىدير·Pirim Əli kəndisidir.
پير سولطان́ام، ديدارا باخ!Pir Sultanam didara bax
منصور ايپين بوينونا تاخ!Mənsur ipin boynuna tax,
نسيمى اولدو حاق́لا حاق٫Nəsimi oldu Haq'la Haq
اول اوزوله ن٫ درىسىدير·Ol üzülən dərsidir.
0 Comments:
Post a Comment
<< Home