علوى قيزيلباشلاردا (اهل-ى حق́ ده) آيين-ى جمع
علوى قيزيلباشلاردا (اهل-ى حق́ ده) آيين-ى جمع
داداش قاراقويونلو قيزيلباش
شاه ختايى:
آتا، آنا، قوهوم، قارداش،
اولدوق حاق اهلى́ نه يولداش
خبرلرده بوگون شعبانين ١٥ى اولدوغونو اؤيره نديم· بو موناسيبت ايله علوى و شيعه وطنداشلاريميزين ١٥-شعبان بايرامينى تبريك دئيير و بو باره ده نئچه سؤز سؤيله مك ايسته ييره م:
بيليندييى كيمى "١٥ شعبان"، اينانان وطنداشلاريميزدان هم علوىلرين (بيزده گوران يا دا اهل-ى حق́لر، علىآللاهى́لر) و هم شيعه لرين موبارك سايديقلارى دينى بايراملارداندير· بو ايكى مذهبين موشترك ديگر اهممييتلى دينى گونلرى، "نووروز بايرامى"، "عاشورا گونو"، "غدير-ى خوم" و "قوربان بايرامى"دير· شيعه لر "رمضان بايرامي"نى توتدوقلارى حالدا، علوىلر اوروج توتماديقلارى اوچون بو بايرامى بيلمه زلر· علوىلرين "خيدير بايرامى"نى ايسه شيعه لر توتماز·
بوگون بوتون علوىلر آلبانييا´دان افغانيستان´ا دك – ان چوخ ٢٠ ميليونلا توركييه´ده- "جمع آيينى" مراسيمينى ايجرا ائله رلر· علوىلرده ناماز يوخدور، دينى عيبادتلرى جمع ائولرينده كى "جمع آيينى" و "سماه"دان تشكيل تاپير، علوىلرده مسجيد ده يوخدور، يئرينه "جمع ائوى" (جمعخانا) واردير·
مجليس يئددى بؤيوك پيرلرىنين- ولىلرينين باشى ساييلان شاه ايسماعيل́ين شئعرلرى ايله باشلار· ديگر پير-ولىلرى آراسيندا نسيمى، فوضولى، حاجى بكتاش و پير سولطان آبدال واردير· علوىلييين دينى كيتابلارينين موقددس ديلى توركجه دير· ختايى، نسيمى، فوضولى و پير سولطان́ين ديوانلارى، دينى كيتابلارى آراسيندادير·
تورك-ايسلامچىلارين اينفتيخار ائتديكلرى، فارسجا شئعر ديوانى يازان ياووز سولطان سليم، قيزيلباشلارين ميللى ديليميزه باغلىليغيندان عصبله نه ره ك، شاه ايسماعيل́ه بئله يازيبدير: "····· من سولطان بايزيد اوغلو سولطان سليم، سن كى ائى ائشك تورك·····" (پروفئسور شهاب الددين تكين داغ́ين سندلرى)· ميللتيميزين ياراديجىسى شاه ايسماعيل́دن فارس شووئنيستلرى و تورك-ايسلام سنتئزچىلرى عئينى درجه ده نئفرتلرى واردير· بيرينجىلر توركى ديلينى رسمى ائتدييى اوچون، ايكينجىلر ايسه عوثمانلىلارا بويون اه يمه دييى اوچون، ايكىسى ده نه شيعه و نه سوننى اولماديغى، بلكه علوى اولدوغو اوچون·
علوىليكده شراب موقددسدير، آيين-ى جمع́ده هر ايمام اوچون بير "دولو" ايچيله ر (اون ايكى دم)· علوىليكده كى دينى قايدالارين چوخو (شراب، سماه، ساز، ايقرار وئرمه، قيرخلار مئيدانى، دؤرد قاپى، سوفرا، پير، جمع، شاه-ى مردان و·س· نين هامىسى) شاه ايسماعيل طرفيندن بير بير سيستئمله له شديريلميش و سون حالينى آلميشدير·
آشاغىدا بو دينى مراسيمده اوخونان شئعرلردن ، ١٦-١٣ يوز ايللرى تورك قيزيلباشلارين دورو اينانج و جوشغون دويغولارينى عكس ائتديره ن بير ايكى شئعرى وئريره م:
١- شئعرلرده كى ايشله ديله ن كلمه لرين هامىسى سمبوليك ميستيك-دينى معنالارى واردير يا دا حقيقى معنادا "اركان-يول"لا علاقه لىدير· ميثال اوچون "آسلان" على́دير٫ "آسلان قانى" و "دولو" شراب́دير· شراب سمبوليك معنا خاريجينده (آللاه́ى تانيما ايسته يى، اونو تانيمانين وئردييى ذؤوق) حقيقى معنادا دا علوىليكده موقددسدير و هر جمع آييني ́نده هر ايمام اوچون بير "دم –دولو" (هم آروادلار، هم كيشيلر) ايچيلير· جمع آيينى́نه آروادلار دا قاتيلير، "سماه" آرواد-كيشى بيرليكده ايجرا اولونور· علوى آروادلاردا حيجاب-توربان-چاديرا-اؤرتونمه يوخدور·
٢-علوىليكده "على" بير كولتدور، تاريخده كى حض· على ايله علاقه لى دئييلدير· "على" آللاه́ين تجللىسىدير، "شاه" على́دير، "ختايى" شاه́دير·
٣- عوثمانلىلار و گونوموزده كى داوامچىلارى، علوىلرى معنوى اولاراق ازمك اوچون، قيزيلباشليغى انسئست معناسيندا ايشله ديبلر·
٤- عومومى بيلگى اوچون ماراقلىلارا علوى آراشديرمالارى (توركجه-اينگيليزجه) آدرئسينه باخمالارينى تاكيدله تؤوصييه ائله ييره م: http://www.alevibektasi.com/
داداش قاراقويونلو قيزيلباش
Ələvi Qızılbaşlarda (Əhl-i Haqda) Ayin-i Cəm
Dadaş Qaraqoyunlu Qızılbaş
Xəbərlərdə bugün Şaban'ın 15'i olduğunu örgəndim. Bu munasibətlə Ələvi və Şiə inanan bütün vətəndaşlarımızın 15- Şaban bayramını təbrik deyirəm və bu barədə neçə söz söyləmək istiyirəm:
Bilindiyi kimi 15-Şaban bayramı inanan vətəndaşlarımızdan həm Ələvilərin (bizdə Goran ya da Əhl-i Haqlar, Əliallahilər) və həm Şiələrin mubarək saydıqları dini bayramlardandır.(Bu iki məzhəbin müştərək diyər əhəmiyyətli dini günləri, Novruz bayramı, Aşura günü, Qədir Xum və Qurban bayramlarıdır. Şiələr Rəməzan bayramını tutduqları halda, Ələviler oruc tutmadıqları üçün bu bayramı bilməzlər. Ələvilərin Xıdır bayramını isə Şiələr tutmaz).
Bugün bütün Ələvilər Albaniya'dan Afqanistan'a dək,(ən çox 20 milyonla Türkiyə'də) Cəm Ayini mərasimini icra elərlər (Ələvilərdə namaz yoxdur. Dini ibadətləri Cəmevlərindəki Cəm Ayini və Səmah'dan təşkil tapır, Ələvilərdə Cami-məscid yoxdur, yerinə Cəmevi-Cəmxana vardır) . Məclis Yeddi böyük pirlərinin-vəlilerinin başı sayılan Şah İsmayil'in şe'rləriylə başlar. Diyər pirlər-vəlilər arasında Nəsimi, Fuzuli, Hacı Bəktaş və Pir Sultan vardır.
Ələviliyin dini kitablarının müqəddəs dili Türkcədir. Xətayi, Nəsimi, Fuzuli və Pir Sultan'ln divanlarl dini kitabları arasındadır. Türk-İslamçıların iftixar etdikləri, farsca şe'r divanı yazan Yavuz Sultan Səlim, Qızılbaşların milli dilimizə bağlılığından əsəblənərək, Şah İsmayil'a xətabən belə yazıpdır:"....Mən Sultan Bayəzid oğlu Sultan Səlim, sən ki ey eşək Türk...."Prof. Şahabettin Tekindağ'in sənədləri. Millətimizin yaradıçısı Şah İsmayil'dən Fars şovenistləri və Türk-İslam Səntezçiləri eyni dərəcədə nefrətləri vardır. Birincilər Türki dilini rəsmi etdiyi üçün, ikincilər Osmanlılara boyun əymədiyi üçün, ikisi də nə Şiə və Sünni yox bəlkə Ələvi olduğu üçün)
Ələvilikdə Şarab muqəddəsdir, Ayini Cəm'də hər imam üçün bir dolu içilər(on iki dəm). Ələvilikdəki dini qaydaların çoxu (Şarab, Səmah, Saz, iqrar vermə, qırxlar meydanı, dörd qapı, sofra, Pir, cəm, Şah-i mərdan, v.s.nin hamısı) Şah İsmayil tərəfindən bir bir sistemləşdirilmiş və son halını almışdır.
Aşağıda bu dini mərasimdə oxunan şe'rlərdən, 13-16 yüzilləri Türk Qızılbaşların duru inanc və cosqun duyqularını əks etdirən bir iki şe'r verirəm:
P.S.:
1-Şe'rlərdəki işlədilən kələmələrin hamısı səmbolik mistik-dini mə'naları vardır, ya da həqiqi mə'nada ərkan-yolla əlaqəlidir. Misal üçün Aslan Əli'dir. Aslan qanı və dolu şarabdır. Şarab səmbolik mə'na xaricində Allah'ı tanıma istəyi, onu tanımanın verdiyi zovq) həqiqi mə'nada da Ələvilikdə muqəddəsdir və hər cəm ayinində hər imam uchun bir dəm(dolu) içilir.(həm arvadlar, həm kişilər). Cəm ayininə arvatlar da qatılır, səmah arvat-kişi birlikdə icra olur. Ələvi arvatlarda Hicab-türban-çadıra-örtünmə yoxdur.
2-Ələvilikdəki Əli bir kült'dür, tarixdəki Hz. Əli ilə əlaqəli deyildir. Əli Allah'ın təcəllisidir, Şah Əli'dir, Xətayi Əli'dir.
3- Osmanlılar və günümüzdəki davamçıları Ələviləri mə'nəvi olaraq əzmək üçün, Qızılbaş'ı Ensest mə'nasında işlədiplər.
3- Umumi bilgi üçün maraqlılara Ələvi araşdırmaları (türkcə-ingiliscə) http://www.alevibektasi.com/ adresinə baxmanı tə'kidlə tövsiyə eliyirəm.
hörmətlərimlə Dadaş Qaraqoyunlu Qızılbaş.
0 Comments:
Post a Comment
<< Home