Sunday, November 28, 2004



گونئى آذربايجان اراضىسينده ياشايان قيزيلباش دينى (على آللهى) آزليغا قارشى حياتا گئچيريله ن قيرغين

ب· م· ت· اينسان حوقوقلارى كوميته سينه،
ب· م· ت· نين اينسان حوقوقلارى اوزره عالى كوميسيياسينا،
ب· م· ت· نين اينسان حوقوقلارى كوميسيياسينا،
ب· م· ت· نين آزليقلارا قارشى آيرى-سئچكىليك تدبيرلرينه قارشى موباريزه اوزره آلت كوميسيياسينا،
اولوسلارآراسى عفو تشكيلاتينا (Amnesty International)،
اينسان حاقلارى اولوسلارآراسى فئدئراسييونونا (Federation Internationale des Droits de l’homme)
اينسان حاقلارينى ايزله مه تشكيلاتينا (Human Rights Watç)
ديگر بئين الخالق حؤكومتلرآراسى و غئير-ى حؤكومت بئين الخالق تشكيلاتلارا،
بشرييتين بوتون صولحپرور اينسانلارينا،

دونيا آذربايجانلىلار كونگرئسىنين

ايران ايسلام رئسپوبليكاسى حاكيمييت اورگانلارى طرفيندن گونئى آذربايجان اراضىسينده ياشايان قيزيلباش دينى (على آللهى) آزليغا قارشى حياتا كئچيريله ن قيرغينين قارشىسينين آلينماسينا دايير

موراجيعتى


خانيملار و بىلر

آرتيق بير آيا ياخيندير كى ايران حاكيمييتى گونئى آذربايجانين قوشاچاى (مياندواب) اراضىسينده عصرلردير بو يئرلرده ياشايان، ائتنيك منشايينه گؤره آذربايجانلى اولان قيزيلباش _على آللاهى، گورانلار) دينى آزليغا قارشى آغير جزا تدبيرلرى حياتا گئچيرمكده دير· ايران حؤكومتىنين بو جور غئير-ى اينسانى تدبيرلرين حياتا گئچيريلمه سينه بهانه، بو دينى آزليغين اؤز دينى مراسيملرينى آچيق گئچيرمك ايسته كلرى و بو زامان موعيين شوعارلار سسله نديرمه سى اولموشدور·

ايران فارس شووئنيستى حاكيمييتى بو دينى آزليغى جزالانديرماق اوچون اوردو حيصصه لريندن، آغير سيلاحلاردان ايستيفاده ائمكدن چكينمه ميشدير· بوگونه قده ر سيلاحلى قوووه لر و پوليسين عملييياتلارى نتيجه سينده اوچ تپه آدلانان كندده٫ اوندان آرتيق مولكى شخص اؤلدورولموش، اونلارلا ساكين يارالانميش، اونلارلا قيزيلباش طريقتينه منسوب شخص حبس ائديلميشدير· آچيق آيدين گؤرونور كى ايران حاكيمييتى بو دينى آزليغين بير دفعه ليك محو ائديلمه سينه يؤنه لميش بير سيياست يورودور·

ايران حاكيمييتى بو غددار تدبيرلرى ايله اؤزونون ب· م· ت· نين نيظامنامه سى، مولكى و سيياسى حوقوقلار حاققيندا بئين الخالق پاكتدان (١٩٦٦ نجى ايل)، ديگر بئين الخالق سندلردن ايره لى گله ن بئين الخالق حوقوقى عؤهده چىليكلرينى، هابئله اينسان حوقوقلارينين عومومى بياننامه سىنين موددعالارينى گؤبود صورتده پوزموشدور·

بيز بشريييتين بوتون صولحپرور تشكيلاتلارينا و اينسانلارينا موراجيعت ائده ره ك، ايران ايسلام رئسپوبليكاسىنين قوشاچاى قيزيلباشلارينا قارشى غئير-ى بشرى سيياستين آرادان قالديريلماسى اوچون، بو دؤولت اوزه رينده بوتون مومكون واسيطه لرله تضييق گؤسته رمه يه چاغيريريق·

داك ايداره هئيتى آديندان،
صدر: محممدريضا خيشتى




BMT İnsan huquqları Komitəsinə,
BMT-nin İnsan huquqları üzre Ali Komissarına,
BMT-nin İnsan huquqları Komissiyasına,
BMT-nin azlıqlara qarşı ayri-seçkilik tədbirlərinə qarşı mubarizə üzrə alt komissiyasına,
Amnesty International təşkilatına,
Federation Internationale des Droits de l’homme təşkilatına,
Human Rights Watch təşkilatına,
Digər beynəlxalq hökümətlərarası və qeyri hökümət beynəlxalq təşkilatlara,
Bəşeəriyyətin bütün sülhpərvər insanlarına,

DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN

İran İslam Respublikası hakimiyyət orqanları tərəfindən Güney Azərbaycan ərazisində yaşayan Qızılbaş dini əli-allahi azlığına qarşı həyata keçirilən qırğının qarşısının alınmasına dair

MURACİƏTİ



Xanımlar və bəylər !

Artıq bir aya yaxındır ki, İran hakimiyyəti Güney Azərbaycanın Qoşacay (Miyandab) ərazisində əsrlərdir bu yerlərdə yaşayan, etnik mənşəyinə görə Azərbaycanlı olan Qızılbaş (Əli-allahi, Goranlar) dini azlığına qarı ağır cəza tədbirləri həyata keçirməkdədir. İran hökümətinin bu cur qeyri insani tədbirlərin həyata keçirilməsinə bəhanə, bu dini azlığın öz dini mərasimlərini açıq kecirmək istəkləri və bu zaman muəyyən şuarlar səsləndirməsi olmuşdur. İran Fars şovinisti hakimiyyəti, bu dini azlığı cəzalandırmaq üçün ordu hissələrindən, ağır silahlardan istifadə etməkdən çəkinməmişdir. Bu günə qədər silahlı qüvvələr və polisin əməliyyatları nəticəsində Üçtəpə adlanan kənddə, ondan artıq mülki şəxs öldürülmüş, onlarla sakin yaralanmış, onlarla Qızılbaş təriqətinə məxsus şəxs həbs edilmişdir. Açıq aydın görünür ki, İran hakimiyyəti bu dini azlığın birdəfəlik məhv edilməsinə yönəlmiş bir siyasət yürüdür.

İran hakimiyyəti bu qəddar tədbiləri ilə özünün BMT-nin Nizamnaməsi, Mülki və Siyasi huquqlar haqqında Beynəlxalq Paktdan (1966-ci il), digər beynəlxalq sənədlərdən irəli gələn beynəlxalq huquqi öhdəliklərini, habelə İnsan huquqlarının umumi bəyannaməsinin müddəalarını kobud surətdə pozmuşdur.

Biz Bəşəriyyətin bütün sülhpərvər təşkilatlarına və insanlarına muraciət edərək, İran İslam Respublikasının, Qoşaçay Qızılbaşlarına qarşı qeyri-bəşəri siyasətinin aradan qaldırılması üçün, bu dövlət üzərində bütün mümkün vasitələrlə təzyiq göstərməyə çağırırıq.

DAK İdarə Hey'əti adından,

Sədr: Məhəmmədrza Xişti

0 Comments:

Post a Comment

<< Home