Qızılbaşlar Urmu şəhərinin İttilaat zindanında
Qoşaçay'dan gələn xəbərlərə əsasən, Üçtəpə kəndində Əhl-i Həq yaxud Goran adlanan Türklər və intizami quvvələr arasında toqquşmalar olmuşdur. Bu haqda 5 ay öncə Urmu ittilaat zindanında gördüklərimi sayın dostlara öyrətməyi lazim görürəm:
1383/2/6 tarixində Azərbaycan Siyasal Məhbuslarının Mudafiə komitəsi (ASMEK) ilə bağlı nədənlərlə tutulduğum zaman, Urmu şəhərinin ittilaat zindanına göndərildim. O zaman 5 nəfər Əhl-i Həqq'in də əqidəti ittihamlar nədəni ilə həmin zindanda məhbus olduqlarını öyrəndim.
Onlardan Seyfəli Şiri və Hüseyn Məhəmmədi'ni görüb və başqa 3 nəfərin də 23 yaşında olan Hüseyn Məhəmmədi'nin atası və əmileri olduqlarını öyrəndim. Bu 5 nəfərə vurulan ittihamlardan Üçtəpə kəndində olan Və Məhəmmədilər ayiləsinə mənsub olan bir Damdari'də gizli olaraq silahların saxlanılması çox ilginc idi. Bir həftəyə yaxın Seyfəli Şiri ilə danışıqlarım və onları öz əqidələrində nəhayət dərəcə ciddi gördüyüm üçün Üç Təpə kəndində olan bu toqquşmalar mənim üçün heç də gözlənilməz deyildir. Seyfəli Şiri İran Rəhbərini yaxından munazirə və mubarizəye də'vət edib və bu haqda bir bəyyaniyyə yaydıqlarından da söz açmışdır.
16 gün Urmu ittilaatında saxlanılandan sonra Urmu zindanına gönərildiyim zaman bu 5 nəfər hələ də həbsdeydilər.
Əlirza Quluncu-Tehran
0 Comments:
Post a Comment
<< Home