Saturday, September 25, 2004

Güney Azərbaycanda qanlı toqquşma


Rejim öz vətəndaşlarına divan tutub


Güney Azərbaycanın Qoşaçay şəhərinin Üçtəpə kəndində Həzrət Əli "Əhli-həqq təriqətinin" tərəfdarları ilə rejimin silahlı qüvvələri arasında toqquşma baş verib. Kənd əhalisi ordu qüvvələri tərəfindən kənd ağsaqqallarının həbsinə etiraz ediblər, kənd meydanına toplaşmış Əli tərəfdarları silahlı qüvvələr tərəfindən dağıdılıb. Fanatik dindarları dağıtmaq mümkün olmadığı üçün molla rejiminin hərbi qüvvələri atəş açmağa məcbur olub. Odlu silahlardan atılan atəşlə üç nəfər həlak olub. Həlak olanlardan biri kənd sakini, ikisi isə hərbçidir. GAMOH-un Bakı Bürosundan daxil olan məlumata görə, toqquşma zamanı onlarla insan yaralanıb. Yarası ağır olanlardan beş nəfər xəstəxanaya yerləşdirilib. Yaralananlar arasında uşaqlar da var. GAMOH molla rejiminin təriqət azadlığını pozmasını və dinc insanlara qarşı odlu silahdan istifadə etməsini pisləyən bəyanatla çıxış edib. Təşkilat hücum əmri verənlərin cəzalandırılmasını və kənd əhalisinə kompensasiya verilməsini tələb edib. Güney Azərbaycan İnsan Hüquqlarını Müdafiə Təşkilatı hadisə ilə bağlı beynəlxalq hüquq müdafiə qurumlarını məlumatlandırıb.

0 Comments:

Post a Comment

<< Home